Həsən Ruhani: “Peyğəmbərin şallağı yox idi”

Həsən Ruhani: “Peyğəmbərin şallağı yox idi”

26 May 2014 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Tehranda "Ümumi sağlamlıq sığortası" adlı toplantıdakı çıxışında insanlarla davranış zamanı Məhəmməd peyğəmbərdən örnək götürməyə çağırıb.

"Media forum" saytının məlumatına görə, Həsən Ruhani deyib: "Gəlin insanların şəxsi həyatına bu qədər müdaxilə etməyək, onları sıxışdırmayaq. Niyyətimiz nə qədər yaxşı olsa da, gəlin bunu etməyək. İmkan verək ki, insanlar mənəvi baxımdan sağlam olsunlar. İmkan verək ki, insanlar cənnətin yolunu özləri seçsinlər. Qamçı və şallaq gücünə insanları cənnətə göndərmək olmaz. Bu işdə islam peyğəmbəri Həzrət Məhəmmədi nümunə götürməliyik. İslam peyğəmbərinin şallağı yox idi. O, əlinə qamçı almazdı. O, sadəcə olaraq insanlara ümid verər, onlara haqq yolunu göstərərdi.

Axı nəyə görə biz müxtəlif və əsassız bəhanələrlə ən kiçik məsələlərə görə yerli-yersiz insanların şəxsi həyatına, şəxsi işinə qarışmalı, onları sıxışdırıb özümüzdən incik salmalıyıq? Gəlin imkan verək ki, onlar şəxsi həyatlarında özlərini rahat hiss etsinlər".

Mediainfo.az