
ABŞ təyyarələri Pakistana zərbələr endirib
ABŞ pilotsuz təyyarələrinin endirdiyi avia-zərbələr nəticəsində Pakistanın Əfqanıstanla sərhədində yerləşən Tayfa əyalətində 16 döyüşçü öldürülüb. Onların arasında bir neçə əcnəbi döyüşçünün olduğu da bildirilir. Pakistanın təhlükəsizlik qüvvələrinin məlumatına görə, Cənubi Vəziristan əyalətinə 2 raket zərbəsi endirilib.
Qeyd edək ki, analoji hücumla bir neçə gün əvvəl həmin ərazidə "Əl-Qaidə" terror təşkilatının mühüm şəxslərindən biri olan İlyas Kaşmiri öldürülmüşdü.
Terrorçular bu cür hava zərbələrinə adət ediblər. "İldırım" çaxan kimi "yağışdan" qaçıb gizlənirlər...
Tofiq Əliyev
O.M.
Digər xəbərlər