Meydan savaşı: 2 ölü, 9 yaralı

Meydan savaşı: 2 ölü, 9 yaralı

23 May 2014 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulun Ok meydanındakı aksiyada ölənlərin sayı ikiyə çatıb. Mediainfo.az-ın məlumatına görə, dünən Uğur Kurtun ölüm xəbəri gəlmişdi. Bu gün isə ölüm xəbəri daha gəlib. İstanbul valisi Hüseyn Avni Mutlu atılan partlayıcının naməlum birinə dəydiyini və yaralı şəxsin oradaca öldüyünü deyib.

"Orada olan vətəndaşlarımız öldürüldü. Dünən polis məmurları da yaralanmışdı. İlkin tibbi yardımdan sonra Okmeydandan getdilər. Bir polis məmuru ayağından tapança ilə vurulmuşdu. Ümumi yaralı sayı 9-a çatıb"- Mutlu əlavə edib.