Azərbaycanlı zəvvarlar yoxa çıxıb

Azərbaycanlı zəvvarlar yoxa çıxıb

23 May 2014 17:48
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Məşhəd şəhərinə ziyarətə gedən 50-ə yaxın azərbaycanlı zəvvar yoxa çıxıblar.

Bu barədə ANS-ə zəvvarların qohumları məlumat veriblər. Məlumatda bildirilib ki, mayın 21-i tarixində Bibiheybət məscidinin önündə toplaşan zəvvarlar Nardarandan Məşhədə hərəkət edən avtobuslardan biri ilə ziyarətə gediblər. Amma hələ ki, onlardan heç biri ilə əlaqə saxlamaq mümkün deyil: "Əmim Kamal Ocaqverdiyevi və 50-ə yaxın zəvvarı Məşhədə yola salmışıq. Biləsuvarda olanda mənimlə əlaqə saxladı. O, sərhəd keçid məntəqəsini indi keçdiklərini söylədi. 3 gündür ki, onlardan heç bir ilə əlaqə saxlaya bilmirik. Zəvvarların qohumları çox narahatdırlar. Onlar yola bələd olan şəxslərin birinin avtobusu ilə gediblər. Bir sutqalıq yolu ola bilməz ki 3 sutkaya qət eləsinlər. Avtobusda 8 qadın, 40-a yaxın qadın var idi".

Məsələ ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxladıq. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov açıqlamasında hazırda onların heç qrupunun Məşhəddə və Kərbəlada olmadığını söyləyib.

"o qrupu biz göndərməmişik. Bu saat bizim adamlarımız Məşhəddə yoxdur. İraqa da heç bir qrup göndərmirik. İndi bu işlə adi adamlar məşğul olur. Siyahıları və pasportları yığıb İraqa göndərirlər. Vizanı alıb, ora gedirlər. Təhlükəsizliyə zəmanət olmadığı biz üçün göndərmirik".

Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan isə bizə bu barədə onlarda heç bir məlumat olmadığını bildiriblər.

Mediainfo.az