Türk iş adamı beynəlxalq axtarışa verildi

Türk iş adamı beynəlxalq axtarışa verildi

23 May 2014 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 51 yaşlı Hamdi Murat Usta vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

APA-nın əldə etdiyi məlumata görə, Hamdi Murat Usta Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.
Onların hamısı vergidən yayınmada ittiham olunur.

Mediainfo.az