Azərbaycanlı qardaşlar Rusiyada insanları ölümdən qurtardılar

Azərbaycanlı qardaşlar Rusiyada insanları ölümdən qurtardılar

23 May 2014 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Krasnoyarsk şəhərinin küçələrindən birində avtobus qaynar su çuxuruna düşüb. ANS-in məlumatına görə, hadisə nəticəsində avtobusda olan 15 sərnişindən 14-ü yaralanıb. Hadisə zamanı yaralanan avtobus sərnişinlərini azərbaycanlı Səbuhi və Tural Rəhimov qardaşları xilas edib. Avtobusda olan gənc həmyerlilərimiz sərnişinlərə yardım edərək onları diri-diri yanmaqdan xilas ediblər. Səbuhinin bildirdiyinə görə, qəza baş verəndən sonra pəncərəni sınıraraq çölə çıxıb və qardaşı ilə birlikdə sərnişinləri avtobusdan çıxarmağa çalışıblar.

Qəzadan sonra 8 nəfər xəstəxanaya yerləşdirilib, avtobus sürücüsü də daxil olmaqla 5 nəfər isə ilkin yardım göstərildikdən sonra ambulator müalicələrinə davam ediblər. Krasnoyarsk klinik şəhər xəstəxanasından isə bildirilib ki, xəsarət alan sərnişinlər dünən gecə yarısı xəstəxanaya müraciət edib və onlardan bir neçəsinin vəziyyəti ağırdır: "Dünən gecə yarı bizə yaşlı qadın müraciət etdi. Onun ayaqlarında yanıqlar var idi. Yaşlı qadına lazımlı köməyi göstərdik və daha sonra evə buraxdıq. Daha bir yaralı iə 17 yaşlı qız olub. Onun isə bədəninin 10 %-i yanıb. Hazırda yanıq şöbəsində 1974-cü il təvəllüdlü bir xanım da var. Onun bədənin 30 faizə qədəri yanıb. Hazırda müşahidə altında saxlanılır".

Qeyd edək ki, hadisənin baş verməsinə səbəb Krasnoyarskın Sverdlovsk rayonunda isti su borusunun partlaması nəticəsində baş verib. İlkin məlumatlara görə, 65 nömrəli sərnişin avtobusunun sürücüsü isti su çuxurundan keçmək istəyərkən zədələnmiş su borusunda təzyiq artaraq avtobusa daxil olub. Hadisə zamanı avtobusda 15 sərnişin olub.

Mediainfo.az