Attraksion faciəsi: məktəbli ölüb, xəsarət alanlar var - Foto

Attraksion faciəsi: məktəbli ölüb, xəsarət alanlar var - Foto

23 May 2014 16:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda bədbəxt hadisə baş verib. Qorçu Dəniz Azərbaycanda ilk və yeganə özəl marionet teatrının təsisçisi və rejissoru Tərlan Qorçunun qızıdır.

Belə ki, Qobustan rayonunun "Bağbağat" İstirahət-əyləncə mərkəzində Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi attraksionlardan biri aşıb və nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.

========

Qobustan rayonunda faciəli hadisə baş verib. Hadisə Qobustan rayonunun "Bağ-bağat" İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi

attraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az