Film çəkərkən leoparda yem olacaqdı

Film çəkərkən leoparda yem olacaqdı

6 İyun 2011 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Sergey Katelnikov və Sergey İvanov adlı iki rus fotoqraf vəzifələrini yerinə yetirmək üçün Afrikaya yollandılar. Botsvanada safariyə gedən həmkarlar vəhşi təbiətlə bağlı sənədli film çəkmək istəyirdilər. Bu zaman avtomobilin üstünə çıxan vəhşi leopard çaxnaşmaya səbəb oldu.

Belə ki, "Land Rover" cipin üstündə safarini lentə alan Katelnikov uzaqda olmayan leopardı çəkmək istədi. Bu zaman yırtıcı ani sıçrayışla cipin üstünə dırmaşdı. Heyvanla burun-buruna gələn qəhrəmanımız onun hücumuna məruz qalacağını düşündü. Halbuki, leopardın dərdi fotoaparat idi. O, caynağı ilə aparatı qırdı. Sonra Katelnikov aşağı endi. Heyvan da onu təqib etdi. Sonra çantası ilə oynamağa başladı. Bütün bu olub-bitənləri isə fotoqrafın dostu Sergey qıraqdan lentə köçürtdü.

Dünyanın ən yırtıcı heyvanı insandır. Gör heç leopard adamların şəklini çəkməyə gələr?..

Günel Həbib

O.M.