Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşə bayramıdır

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşə bayramıdır

23 May 2014 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi bu gün peşə bayramını qeyd edir. Bu münasibətlə nazirliyin kollektivi bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Sonra nazirlikdə peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən nazir Hüseyn Bağırov Azərbaycanda bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin, layihələrin davam etdirildiyini bildirib, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və perspektiv planlar barədə məlumat verib.

Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə nazirliyin 11 əməkdaşını "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edib.

Mediainfo.az