ŞOK!!! İnternat məktəbində döyülən uşaq danışdı! - VİDEO

ŞOK!!! İnternat məktəbində döyülən uşaq danışdı! - VİDEO

22 May 2014 10:44
Bəyəndim (0) Bəyənmədim (0)
Dövlət idarələrinin araşdırmaları doğru çıxmadı!

7 saylı internat məktəbində müəllimə tərəfindən rezin dəyənəklə döyüldüyü iddia edilən 7 yaşlı Nihad Zaur oğlu Cavadovun yeni videogörüntüsü yayılıb.

Mobil telefonla çəkilmiş görüntüdə Nihad hadisənin təfərrüatlarını danışır və Afaq adlı müəllimə tərəfindən döyüldüyünü bildirir. Qeyd edək ki, uşağın döyülməsi ilə bağlı xəbər yayıldıqdan sonra Təhsil, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri hadisə yerində araşdırma aparmağa başladıqlarını açıqladılar. Günün sonunda isə Təhsil və Daxili İşlər nazirlikləri uşağın döyülmədiyi, ayaqyolunda sürüşərək yıxıldığı barədə xəbər yayıblar.

Mediainfo.az