İranda ağır yol qəzası: 5ölü, 1 yaralı

İranda ağır yol qəzası: 5ölü, 1 yaralı

21 May 2014 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

İranda ağır yol-nəqliyyat hadisəsi baş verib. İRNA-nın verdiyi məlumata görə, hadisə mayın 20-də axşam saatlarında İranın Sistan və Bəluçistan vilayətində Kombol-Nobəndiyan-Çabahar üç yolunda meydana gəlib.

Belə ki, minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 5 nəfər yerindəcə ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisəyə minik avtomobilin sürücüsünün trayleri ötüb keçmək məqsədilə qarşı tərəfin yoluna çıxması səbəb olub.

Qəzada hər iki avtomobilin sürücüsü də həlak olub.

Mediainfo.az