
İranda 5.4 bal gücündə zəlzələ olub
İranın Buşəhr vilayətində zəlzələ baş verib. Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytının verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin Bəndər Reig məntəqəsinə təsadüf edib. 5.4 bal gücündə olan zəlzələ mayın 21-də Bakı vaxtı ilə saat 14:46-da yerin 19 km dərinliyində meydana gəlib.
Təbii fəlakət Bəndər Reigdən 24 km, Bəndər Genavədən 31 km və Abpəxşdən 36 km uzaqlıqda baş verib. İnsan itkisi və dağıntı yoxdur.
Mediainfo.az
Digər xəbərlər