
İranda növbəti edam; 5 nəfər dara çəkildi!
İranın Əlborz vilayətində 5 nəfər edam edilib. Məhbuslar qəsdən adam öldürməkdə günahlandırılaraq dara çəkiliblər.
Mayın 18-də Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında saxlanılan 8 məhkum barələrində çıxarılmış ölüm cəzalarının icrası üçün təkadamlıq kameraya köçürülüblər. Ancaq onlardan üçünə işlərindən yenidən şikayət verməsi üçün möhlət tanınıb və həbsxananın ümumi korpusuna geri qaytarılıblar. Digər 5 məhbus isə mayın 19-da səhər saatlarında dara çəkiliblər.
Onların ad və soyadlarını hələlik dəqiqləşdirmək mümkün olmayıb. İranın rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları da həyata keçirdikləri bu edamla bağlı ictimaiyyəti məlumatlandırmayıblar.
Mediainfo.az
Digər xəbərlər