
Avtobus piyadanı öldürdü
208 saylı avtobus yol keçən piyadanı vurub
Suraxanıda sərnişin avtobusu piyadanın həyatına son qoyub. DİN mətbuat xidmətindən verilən məlumata görə, qəza Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Mayın 19-da saat 21 radələrində Gürcüstan vətəndaşı Fariz Mahmudov idarə etdiyi "Temsa" markalı 208 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Xəzəngül Fətəliyevanı vurub. Piyada hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər