
Qəbələdə3 yaşlı qızın faciəvi ölümü
Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Bum qəsəbəsində 1 nəfərin quyuya düşməsi barədə məlumat daxil olub. Nazirliyin saytının verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2011-ci il təvəllüdlü Gülarə Aqil qızı Şəfiyeva yaşadıqları evin qarşısında qazılmış quyuya düşüb. Şimal-qərb Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin quyuya enərək G.Şəfiyevanın cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 12:52-də başa çatıb.
Mediainfo.az
Digər xəbərlər