Millət vəkilinə ağır itki üz verib

Millət vəkilinə ağır itki üz verib

19 May 2014 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkili Aydın Mirzəzadəyə ağır itki üz verib. Belə ki, deputat dünən günorta saatlarında 89 yaşlı atasını itirib.

Xatırladaq ki, A.Mirzəzadənin atası Böyükkişi Abbas oğlu bəy nəslindən olub. Anası Firəngiz Əliquzu qızı isə tacir qızı olub. Millət vəkili ötən il 79 yaşlı anasını itirib. Dünən isə atası ilə vidalaşıb.

Kollektivimiz adından daima xalqın qayğısına qalan millət vəkilimiz Aydın müəllimə dərin hüznlə bassağlığı verir, "Allah rəhmət eləsin!" - deyirik!

Mediainfo.az