Somada ölənlərin sayı 298-ə çatdı
Türkiyənin Manisa vilayətinin Soma şəhəri ərazisindəki kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 298-ə çatıb. Bu rəqəmi enerji və təbii ehtiyatlar naziri Taner Yıldız açıqlayıb. O, indiyə qədər 298 fəhlənin meyitinin çıxarıldığının söyləyərək içəridə 2-3 meyit qaldığını bildirib. Nazir mədənin bütün ərazisinə təkrar baxış keçirildikdən sonra axtarışların yekunlaşacağını söyləyib.
Xatırladaq ki, mayın 13-də Soma kömür mədənində partlayış və yanğın baş verib. Qəzanın dəqiq səbəbi hələlik bəlli deyil. Qəzadan sonra Türkiyədə 3 günlük matəm elan olunub.
Mediainfo.az
Digər xəbərlər