Zabit qəza törədib, yaralananlar var

Zabit qəza törədib, yaralananlar var

16 May 2014 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda hərbçilər qəzaya düşüb. Hadisə Şirvan şəhərində qeydə alınıb. Daxili Qoşunların "N" saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov idarə etdiyi "Mercedes" markalı maşını yol kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – leytenant Orxan Qurbanov və kiçik çavuş Əzəmət Məmmədov xəsarətlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az