Ana ölümü azalıb?!
Azərbaycan əhalisinin 34455000 nəfəri reproduktiv yaş dövründə olan qadınlar, 3387500 nəfəri isə reproduktiv yaş dövründə olan kişilərdir".
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova deyib.
O bildirib ki, 2012-ci ilin əvvəlinə olan statistik göstəricilərə əsasən Azərbaycanda əhalinin sayı 9235100 nəfər olub: "Onlardan 1508700 nəfəri 10-19 yaşlı yeniyetmələrdir. Bu da ümumi əhalinin 16,34%-ni təşkil edir".
Orta nikaha daxil olma yaşının qadınlar üçün 23, kişilər üçün 27 olduğunu söyləyən L. Məmmədova 2011-ci ildə 88145 nikah, 10747 boşanma qeydə alındığını bildirib: "2011-ci ildə rəsmi qeydə alınan 88145 nikahdan 5138 gəlinin yaşı 18-dən aşağı olub".
Onun sözlərinə görə, ana ölümü göstəricisi son 2006-cı illə müqayisədə 2,5 dəfə azalaraq 2012-ci ildə hər 1000000 diri doğulana 15,4 faiz düşüb. Perinatal ölüm göstəricisi isə 9,6 promil təşkil edib.
Mediainfo.az