
Mehdi Hüseynzadənin muzeyi Sloveniyada yaradılacaq
Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin /1918-1944/ şərəfinə muzey yaradılacaq. Bu barədə qərar AŞPA-nın bu ilin mayında Sloveniyada keçirilmiş iclasında qəbul olunub. Muzeyin yaradılması tədbirlərində iştirak etmək məqsədi ilə Milli Məclisin deputatı Rafael Hüseynov Sloveniyada səfərdədir.
R.Hüseynov bu ölkənin Nova-Qoritsa bölgəsində Azərbaycan xalqının cəsur oğluna həsr olunmuş muzeydə Bakıdan apardığı eksponatlarla tərtib olunacaq ekspozisiyanın hazırlanmasında yaxından iştirak edəcək. Səfər iyunun 6-da başa çatacaq.
Azərbaycan qəhrəmanlarının səsi uzaq Avropadan gəlir. O gün olsun, yaxın Qarabağdan gəlsin...
Könül Aypara
O.M.
Digər xəbərlər