
İstilər düşəcək, temperatur 33 dərəcəyədək yüksələcək
Bakıda temperatur 33 dərəcəyədək yüksələcək. Məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz olacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-18, gündüz 28-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Mediainfo.az
Digər xəbərlər