Universitetlər şəhər ətrafına köçürüləcək

Universitetlər şəhər ətrafına köçürüləcək

15 May 2014 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ali təhsil müəssisələrinin şəhər ətrafına köçürülməsi nəzərdə tutulub. Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib. Onun sözlərinə görə, təhsil konsepsiyasının tərkib hissəsi kimi ali təhsil müəssisələri ilə bağlı ayrıca konsepsiya yaradılmalıdır: "Öz layihəmizdə ali təhsil müəssisələri üçün şəhər ətrafında ərazilər nəzərdə tutmuşuq. Təhsil sisteminə cavabdeh qurumlar tərəfindən hazırlanan konsepsiyaya uyğun olaraq ali təhsil müəssisələri həmin ərazilərdə yerləşdirilə bilər".

Mediainfo.az