Əvəz Zeynallının iddiasına baxılıb

Əvəz Zeynallının iddiasına baxılıb

14 May 2014 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Vergilər Nazirliyinə və Audit Departamentinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Əvəz Zeynallı "Xural" qəzetində səyyar vergi yoxlamasının nəticələrinə dair 22 fevral 2012-ci il tarixli aktın etibarsız hesab edilməsini istəyir. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə 9 il azadlıqdan məhrumetmə cəzası çıxarılarkən həmin akta da istinad olunub və məhkəmə hökmündə Əvəz Zeynallıdan 4076 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi tələbi əksini tapıb.

Vəkil Elçin Sadıqov "Media forum" saytına deyib ki, səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə bütün sənədlər məhkəməyə təqdim olunub: "Məhkəmədən aktın etibarsız hesab edilməsi və onun əsasında verilmiş məsuliyyətə cəlb etmə qərarının ləğvi istənildi. Mayın 19-da keçiriləcək prosesdə hakimin qərar verəcəyi gözlənir".

Mediainfo.az