Evdən silah-sursat və narkotik tapılıb
Cəlilabad rayon sakininin mənzilindən silah-sursat və narkotik vasitə aşkar edilib. Apa-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Günəşli kənd sakini Kəmaləddin Quliyevin evinə baxış zamanı nömrəsi silinmiş "Revolver" markalı tapança, ov tüfəngi, 2 ədəd bıçaq, 32 ədəd patron, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Mediainfo.az
Digər xəbərlər