Maşın dəvəni vurub, sürücü və dəvə ölüb

Maşın dəvəni vurub, sürücü və dəvə ölüb

12 May 2014 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir şəhərində ağır avtomobil qəzası baş verib. Hadisə şəhərin giriş qapısının yaxınlığında qeydə alınıb. Şəhər sakini, 1954-cü il təvəllüdlü Quliyev Arif Əli oğlu idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə gecənin qaranlıq vaxtı dəvəni vurub, sonra isə maşını yolun kənarında dayanmış "VAZ 2107" markalı avtomobilə çırpıb.

Güclü zərbənin təsirindən dəvə avtomobilin sürücünün üstünə düşüb. Sürücü Arif Quliyev və dəvə hadisə yerində ölüb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

Mediainfo.az