Kobzon "narkobaron" toyunda iştirak edib

Kobzon "narkobaron" toyunda iştirak edib

12 May 2014 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya müğənniləri İosif Kobzon və Nikolay Baskov Daşkənddə özbək avtoritetin nəvəsinin toyunda səhnəyə çıxıblar.

"Axar.az"ın məlumatına görə, toy mərasimində həmçinin Farrux Zakirov, Nargiza Zakirova, Yulduz Usmonova və Sevara Nazarxon kimi tanınmış şəxslər iştirak ediblər.

Qonaqlar arasında həmçinin tanınmış şoumen Valdis Pelş də görünüb. Maraqlıdır ki, məclisdə Rusiyanın iqtidar partiyası olan "Vahid Rusiya"nın üzvləri də az olmayıb.

22 yaşlı Malikə Abdulvəliyevə və Rafael Ziyaməhəmmədin toy mərasimi "Osie Qrand"da keçirilib. Bildirilib ki, İosif Kobzon əsasən onu Rusiya və SSRİ-də məşhurlaşdıran vətənpərvər mahnılar oxuyub.

Xatırladaq ki, 64 yaşlı Salimbəy Abdulvəliyev Özbəkistanın ən varlı adamlarından sayılır. Onun Azərbaycanın Baş nazirinin keçmiş müavini Abbas Abbasovla onillərə dayanan dostluq əlaqələri var.

Salimbay Abdulvəliyev Özbəkistanın ən qaranlıq şəxslərindən biridir. Kolxozçu ailəsində anadan olan Salim 90-cı illərdə Əfqanıstandan keçən narkoticarəti tam əlinə alıb. Bu məqam onun həddindən artıq varlanmasına gətirib çıxarıb. Salim Abdulvəliyevin nüfuzu o qədər böyük imiş ki, Daşkəndin mərkəzi küçələrinin birini öz atasının adına adlandıra bilmişdi - Kirqizbay-ota küçəsi. Ölkənin Güləş Federasiyasına da başçılıq edən Salim Abduvaliyevin dostları arasında xeyli tanınmışlar da var. Bu sıraya dünya və olimpia çempionları Mamiaşvili, Karelin kimi məşhur idmançılarla yanaşı, İosif Kobzon, habelə "Tayvançik" ləqəbli Alimjan Toxtaxunov, iş adamları Lev və Mixail Çyornılar, Renat Akçurin və digərləri daxildir.

Abdulvəliyevin ən yaxın dostlarından biri isə Abbas Abbasovdur. Onların dostluğunu təkcə hər ikisinin öz ölkələrində Güləş Federasiyasının rəhbəri olmaları birləşdirmirdi. Bəzi məlumatlara görə, bu dostluq hələ Abbas müəllimin Özbəkistanda çalışdığı dövrlərə gedib çıxır.

Mediainfo.az