"Tütünə yox de!" konfransı başa çatıb

"Tütünə yox de!" konfransı başa çatıb

4 İyun 2011 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

"İrəli" İctimai Birliyi Azərbaycan Tibb Assosiasiyasının "Tütünə yox de!" layihəsi çərçivəsində Astarada yekun konfrans keçirilib. Konfransda ekspert qismində layihənin əlaqələndiricisi Günay Səfərli, Azərbaycan Tibb Universitetinin müəllimləri Ceyhun İsmayılzadə, Rüfət Əhədov və Nadir Zeynalov iştirak ediblər. Konfransı giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirin işinə uğurlar arzulayıb. Ekspertlər tütünün zərəri haqqında ətraflı məlumat veriblər. Gənclərin suallarını cavablandırıblar. Tədbirdə məktəblilər arasında "Tütünə yox de!" mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Təəssüf ki, bəzi jurnalistlər bu məqaləni damaqlarında siqaret qələmə alacaqlar...

Könül Aypara

O.M.