Ukraynada axtarılan azərbaycanlı Bakıda həbs edildi

Ukraynada axtarılan azərbaycanlı Bakıda həbs edildi

7 May 2014 17:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada quldurluq etdiyinə görə axtarışda olan azərbaycanlı həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan vətəndaşı Sadiq Məmmədov Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsi (quldurluq) maddəsi ilə axtarışda olub. O, Ukrayna vətəndaşlarına qarşı quldurluq edəndən sonra ölkəni tərk edib. Ukrayna hüquq-mühafizə orqanları Sadiq Məmmədovun barəsində axtarış elan edib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Sadiq Məmmədov tutulub.

Mediainfo.az