İranda “Qanun” qəzetinin nəşri dayandırılıb

İranda “Qanun” qəzetinin nəşri dayandırılıb

7 May 2014 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

İranda daha bir qəzetin nəşri dayandırılıb. Apa -nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə nəşrinə qadağa qoyulmuş "Qanun" qəzetinin baş redaktorunun müavini Əlirza Nikuyi açıqlama verib.

Onun sözlərinə görə, mətbu orqanın nəşrinin rəsmi şəkildə dayandırılması barədə Tehran prokurorluğu tərəfindən İran Mədəniyyət və İslami İrşad Nazirliyinə ünvanlanmış məktubun bir surəti qəzetə də göndərilib: "Həmin məktubda mətbu orqanın dayandırılmasına səbəb kimi ictimai rəyi çaşdırmağa yönəlik yalan məlumat yayılması və İslama zidd məqalə dərc edilməsi göstərilib".

Xəbərdə mayın 7-də Tehran prokurorluğundan "Qanun" qəzetinin "Ruyanyanın azadlığa buraxılması" başlıqlı xəbər dərc etməsinə görə yalan məlumat yaymaqda günahlandırıldığı bildirilib. Halbuki Sərdar Məhəmməd Ruyanyanın 100 mlrd. tümən zəmanətlə mayın 6-da azadlığa buraxılması ilə bağlı məlumatı "Dana" informasiya agentliyi yayıb və mətbu orqan da eyni məlumatı dərc edib.

Qeyd edək ki, Həsən Ruhaninin avqustun 4-də İranda hökumət başına gəlməsindən sonra "Bahar", "Asiman" və "Ebtekar" qəzetlərinin nəşri dayandırılıb.