
SON DƏQİQƏ!!! Pirşağı sakinləri etiraz aksiyası keçirirlər - FOTO
Bakının Pirşağı qəsəbəsinin sakinləri "Azəryolservis" ASC-nin qarşısında aksiya keçirirlər. Etirazçılar Bilgəh-Sumqayıt yolunun çəkilməsi ilə bağlı aksiya keçirirlər:
"Biz Bilgəh-Sumqayıt yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində yaşayırıq. Bizim evlər yol çəkilən hissəyə düşüb. Yol çəkilən ərazidə yerləşən evlərimizin kvadrat metrinə görə bizə 250 manat pul verirlər. Bu məbləğ bizi qane etmir. Hələki bizi qəbul edən və şikayətimizə baxan da yoxdur".
Sakinlərin sözlərinə görə, Kürdəxanı və başqa yerlərdə evlərin kvadratmetrinə görə 1000 manat təkilf edilir. "Biz hazırda idarənin qarşısındayıq, qəbul etməsələr buradan getməyəcəyik"(ANS).
Mediainfo.az
Digər xəbərlər