Müdafiə Nazirliyi cəbhə ilə bağlı xəbər yaydı!

Müdafiə Nazirliyi cəbhə ilə bağlı xəbər yaydı!

6 May 2014 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Füzuli rayonunun Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Mediainfo.az