ANS-in əməkdaşı "avtoxuliqanlar" tərəfindən sıxışdırılıb!

ANS-in əməkdaşı "avtoxuliqanlar" tərəfindən sıxışdırılıb!

6 May 2014 10:16
Bəyəndim (0) Bəyənmədim (0)
Qənirə Ataşovaya hücum edənlər haqda tədbir görülür

ANS telekanalının əməkdaşı, tanınmış teleaparıcı Qənirə Ataşova avtoxuliqanların təzyiqinə məruz qalıb. AzNews.az xəbər verir ki, bir neçə gün öncə tanınmış teleaparıcı Sumqayıt şəhəri ərazisində şəxsi avtomobilini idarə edərkən avtoxuliqanlar ona "hücum" ediblər.
Məlumata görə, avtoxuliqanlardan biri tanınmış iş adamlarından birinin oğludur və ANS rəhbərliyinin ciddi təzyiqlərindən sonra o, hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılıb. Qənirə Ataşova hadisəni saytımıza təsdiqləyib: "Bəli, Sumqayıtda avtoxuliqanların hücumuna məruz qaldım. Maşınımı sıxışdırdılar. Bu vaxt ərazidəki polislər onları saxlayıb tədbir görülməsi üçün aidiyyatı polis bölməsinə apardılar. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".

Mediainfo.az