İlham Əliyev elmi mərkəzin açılışında iştirak edib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının açılışı olub.
Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasında yaradılmış şəraitlə tanış olub.
Prezidentə Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" xüsusi cildi barədə məlumat verilib. Bildirilib ki, bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə 14 bölmədə 155 məqalə toplanıb. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dilində işıq üzü görüb. Hazırda "Azərbaycan" cildinin ingilis dili versiyası üzərində iş görülür.
Sonra prezident İlham Əliyevə redaksiya heyətinin rəhbəri Mehriban Əliyeva olan "Azərbaycan Muğam Ensiklopediyası", 847-ci ildə hazırlanmış dünyada ilk ensiklopediyanın surəti, eləcə də alman alimlər Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə həsr olunmuş kitabları təqdim edilib. Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.
Mediainfo.az