Şərqi Azərbaycanda qidadan kütləvi zəhərlənmə - FOTO
İranın Şərqi Azərbaycan vilayətində qidadan kütləvi zəhərlənmə baş verib. Apa-nın Oyannews-a istinadən verdiyi məlumata görə, hadisə mayın 1-də günortadan sonra Mərənd rayonunun Gələvan (Gələban) kəndində baş verib. Təxminən 800 nəfər Mərənd, Təbriz, Şəbüstər, Hadişəhr və yaxınlıqdakı digər xəstəxanalara qaldırılıb.
Mərənd Rayon İcra Hakimiyyətinin başçısı Nağı Kərimi bildirib ki, kənd sakinləri məsciddə nahar vaxtı qəbul etdikləri qidadan zəhərləniblər: "Zəhərlənməyə səbəb kimi ətin keyfiyyətsiz olması göstərilib".
İran mətbuatı ötən gün zəhərlənənlərin sayı barədə müxtəlif rəqəmlər verib. İranın Şərqi Azərbaycan vilayətində yayımlanan "Səhənd" telekanalı onların sayının 250 nəfər olduğunu açıqlayıb.
Qeyd edək ki, Gələvan kəndinin 3500 nəfər sakini var.
Mediainfo.az