Masallıda oğurluq

Masallıda oğurluq

2 May 2014 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayonunda oğurluq faktının üstü açılıb. Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, bu ilin aprel ayının 14-nə keçən gecə Masallı şəhər sakini, 1947-ci il təvəllüdlü Yaşar Şirinovun evindən pəncərədən girmək yolu ilə, onun 300 ABŞ dolları və 50 manat məbləğində pulu oğurlanıb. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Masallı şəhər sakini, 1996-cı il təvəllüdlü İzzət Əhmədzadə tərəfindən törədildiyi müəyyənləşdirilib. İ.Əhmədzadə şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az