
Şəmkirdə bir gündə iki bıçaqlanma
Şəmkirdə bir gündə iki bıçaqlaşma hadisəsi baş verib. Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisələrdən biri Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini, 28 yaşlı Asif Şamil oğlu Muradov mübahisə zəmində həmkəndlisi, 25 yaşlı Bəhruz Mübariz oğlu Mirzəyevi bıçaqlayıb.
Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Digər bıçaqlaşma hadisəsi isə Şəmkir-Gədəbəy avtomobil yolunun Yasamal aşırımında baş verib. Şəmkir şəhər sakini, 28 yaşlı Anar Məzahir oğlu Hüseynov mübahisə etdiyi tanışı, 28 yaşlı İsrail Tolik oğlu Zamanovu bıçaqlayıb. İ. Zamanov da Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktlarla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mediainfo.az