SON DƏQİQƏ!!! DİN-də geniş kollegiya iclası keçirilir

SON DƏQİQƏ!!! DİN-də geniş kollegiya iclası keçirilir

2 May 2014 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Hal-hazırda Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir. Kollegiyada respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri iştirak edirlər. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayətlər və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada respublikada törədilən cinayət hadisələri, həmin cinayətlərin açılması və kriminogen durum müzakirə ediləcək.

Mediainfo.az