Aktrisa və körpəsi doğuş vaxtı ölüb

Aktrisa və körpəsi doğuş vaxtı ölüb

1 May 2014 18:04
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax rayonunda doğuş zamanı ana və uşaq ölümü baş verib. Yevlax Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova Xaldan qəsəbə xəstəxanasında doğuş zamanı dünyasını dəyişib.

Doğuş zamanı ana ilə yanaşı, körpə də ölüb. Xəstəxanadan bildirilib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib və bu zaman uşaq havasızlıqdan, ana isə çox qan itirdiyindən vəfat edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə apa -ya açıqlamasında hadisə ilə bağlı xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, P. Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası olub.

Mediainfo.az