Hərbçi qəzaya düşdü

Hərbçi qəzaya düşdü

1 May 2014 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Sumqayıt yolunda həbrçi qəzaya uğrayıb. ANS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza Ceyranbatan ərazisində qeydə alınıb. Belə ki, minik maşını ilə hərəkətdə olan hərbçi idarəetməni itirib və avtomobil maneəyə çırpılıb. Zərbənin gücündən sürücü avtomobildən kənara düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində yaralanan hərbçi təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Hazırda qəzaya uğrayan hərbçinin kimliyi araşdırılır.
Hadisə ilə bağlı araşdırma aparılır.