Ombudsmana şikayət ərizəsi ilə müraciət edilib

Ombudsmana şikayət ərizəsi ilə müraciət edilib

3 İyun 2011 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovaya Bakı İstintaq təcridxanasında saxlanılan şəxsin polis zorakılığına məruz qalması ilə bağlı şikayət ərizəsi ilə müraciət edilib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini X. Kərimova şikayət ərizəsində 22 may 2011-ci il tarixdə oğlunun Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığı bildirilib və məsələnin araşdırılması xahiş edilib.

Müvəkkil tapşırığına əsasən, şikayəti araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək saxlanılan həmin şəxslə görüşüb, onun saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Ombudsman sözügedən şəxsin zorakılığa məruz qalması ilə bağlı şikayəti araşdırılması məqsədilə baş prokurora və daxili işlər Nazirinə məktubla müraciət edərək, şikayətdən əks etdirilmiş halların yoxlanılmasını, müvafiq ekspertiza keçirilməsini, zorakılığa gətirib vermiş şəxslərin müəyyən edilərək qanunvericiliyə müvafiq qaydada məsuliyyətə cəlb edilməsini və nəticəsi barədə məlumatların bildirilməsini xahiş edib.

Zorakılığa qarşı mübarizə aparan polis də zorakılıq törədib.

Tofiq Əliyev

O.M.