Gələn həftə üç gün dincələ bilərsiniz

Gələn həftə üç gün dincələ bilərsiniz

30 Aprel 2014 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Gələn həftə üç gün qeyri-iş günü olacaq. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əlinin verdiyi məlumata görə, 9 may tarixi Qələbə Günü olduğu üçün həmin gün qeyri-iş günü olacaq. 10-11 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.

Qeyd edək ki, 1945-ci ilin 9 may tarixində SSRİ-də mərkəzi radionun diktoru Yuriy Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən Müharibəsi başa çatıb.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət edib.

Ümumilikdə isə müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 40 mini könüllü olmaqla 600 minə yaxın oğlan və qız göndərib. Onlardan 300 minə yaxını cəbhədə həlak olub. /ans/

Mediainfo.az