Azərbaycandakı erməni ailəsinə və erməni hərbçiyə baş çəkilib

Azərbaycandakı erməni ailəsinə və erməni hərbçiyə baş çəkilib

30 Aprel 2014 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan bir erməni əsir və 5 mülki şəxsə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, başçəkmə aprelin 29-da həyata keçirilib. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb və eyni qaydada, ailə məlumatları alınıb. Qeyd edək ki, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.

Azərbaycanda saxlanılan digər şəxs isə hərbi əsirdir. Erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan ötən ilin avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

Mediainfo.az