Özünü binadan atdı

Özünü binadan atdı

28 Aprel 2014 17:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 56 yaşlı özünü dördüncü mərtəbədən ataraq intihar edib. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Mirəli Qaşqay küçəsi-98 ünvanında yerləşən 4 saylı yataqxanada qeydə alınıb.

Zəngilan rayonundan olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Ərşad Əhmədxan oğlu Məmmədov özünü yataqxananın dördüncü mərtəbəsindən ataraq intihar edib.

Polisdən Ə.Məmmədovun bir neçə dəfə intihara cəhd etdiyi bildirilib.