Azyaşlı yanğında ölüb

Azyaşlı yanğında ölüb

28 Aprel 2014 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda bir yaşlı uşaq yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyi saytının verdiyi məlumata görə, Sabirabad rayonu, Axısxa kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı ev 70 kv.m sahədə yanıb.

Yanğın zamanı 2013-cü il təvəllüdlü Davitadze Hüseyn Rasim oğlu yanıq xəsarətləri ilə valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mediainfo.az