Məsciddə partlayış: 4 uşaq ölüb, 16 nəfər yaralanıb

Məsciddə partlayış: 4 uşaq ölüb, 16 nəfər yaralanıb

28 Aprel 2014 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Kəraçi şəhərinin qərbində, Sind ticarət-sənaye zonası adlanan ərazidə yerləşən məscidlərin birində partlayış törədilib.

Mediainfo.az-ın "Sinxua" agentliyinə istinadən xəbərinə görə, partlayış nəticəsində 4 uşaq həlak olub, 16 nəfər yaralanıb. Bildirilir ki, naməlum şəxslər dini seminariyanın tələbələri Quran oxuyarkən məscidə bir neçə qumbara atıb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.