Hava yağmurlu olacaq

Hava yağmurlu olacaq

25 Aprel 2014 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı və Abşeron yarımadasında aprelin 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 25-də arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Mediainfo.az