Onunla bərabər 10 milyon insan ac qalacaq

Onunla bərabər 10 milyon insan ac qalacaq

2 İyun 2011 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Milyonlarca vətəndaşın ölkədə yaşanan rüşvətxorluq və haqsızlıqlara göstərdiyi reaksiyadan sonra Hindistana daha bir zərbə dəyib. Asiyanın ən böyük üçüncü güclü iqtisadiyyatına sahib olan Hindistanın ən məşhur yoqa qrupunun rəhbəri Svami Ramdev cümə günündən etibarən aclıq mitinqinə başlayacaq. Ramdev yüz minlərlə həmvətənini də ona qoşulmağa çağırıb. Söylənilənlərə görə, ən az 10 milyon insan Ramdevi dəstəkləyəcək.

Xatırladaq ki, aprel ayında Hazare isimli bir başqa hindli də analoji nümayişlə çıxış etmişdi. Və onun bu cəhdi baş tutmuş, hökumət qanunlarda bəzi dəyişikliklər etmişdi.

Millət necə tarac olur-olsun nə işim var.

Günel Həbib

O.M.