Müxtəlif regionlarda arxeoloji ekspedisiyalara start veriləcək

Müxtəlif regionlarda arxeoloji ekspedisiyalara start veriləcək

2 İyun 2011 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkəmizin müxtəlif regionlarında arxeoloji ekspedisiyalara bu aydan start veriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyiblinin verdiyi məlumata görə, daha çox sərhədyanı ərazilərdə və Qarabağ bölgəsində arxeoloji tədqiqatlara üstünlük veriləcək. Təbii baxımdan önəmli olan həmin ərazilər həm də arxeoloji abidələr cəhətdən də zəngindir. N. Müseyibli deyib ki, bir sıra xarici ölkələrin alimləri ilə birgə ekspedisiyalar da davam etdiriləcək. Ağcabədidə Azərbaycan-Almaniya birgə ekspedisiyası, Tovuzda Azərbaycan-Fransa, Azərbaycan-Yaponiya ekspedisiyaları, Şəmkirdə Azərbaycan-Almaniya-Gürcüstan birgə ekspedisiyası, Şərurda Azərbaycan-Amerika, Azərbaycan-Fransa ekspedisiyaları tədqiqat aparacaqlar. Arxeoloji ekspedisiyalar payıza kimi davam edəcək.

Vətənimin seyrinə çağırıram elləri...

Tofiq Əliyev

O.M.