Ölkəmizdə 560 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

Ölkəmizdə 560 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

2 İyun 2011 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 338 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib. Nazirliyin saytında yerləşdirilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 560 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 193 ədədi möhürlənib, 217 ədədi qeydiyyata salınıb, 150 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması barədə 52 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Radio dalğaları nədənsə "yüksək tezliklə" təftiş edirlər...

Tofiq Əliyev

O.M.