Bu qadının sağ qalması bizlərdən asılıdır...

Bu qadının sağ qalması bizlərdən asılıdır...

18 Aprel 2014 11:42
Bəyəndim (0) Bəyənmədim (0)
Onun əməliyyatına 50 min AZN pul toplamaq lazımdır

Dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da bir çox insanlar ağır xətəliklərdən əziyyət çəkirlər, hansı ki, həmin xəstəliklərin müalicəsi üçün külli miqdarda pul gərəkdir. Belə xəstəlikdən əziyyət çəkənlərdən biri də Sevər xanım Hüseynovadır.

Sevər Hüseynova 1969-cu ildə anadan olub. Bu qadın qaraciyər serrozundan əziyyət çəkir. 2013-cü ilin sentyabr ayında şiddətli ağrılarına görə xəstəxanaya yerləşdirilən Sevər xanıma ilk öncə Hepatit B,C, sonra isə B diaqnozu qoyulub. Amma gec biruzə verdiyindən artıq serroza çevrildiyi deyilib. Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Sevər xanımın yaxınlarına bildiriblər ki, onun həyatı 50 min AZN-dən asılıdır. Daha doğrusu, əməliyyat üçün bu məbləğdə pul gərəkdir.

Xəstə qadının yaxınlarında bu qədər pul olmadığına görə kampaniya keçirməyi qərarına gəliblər. Yanvar ayında başlanan yardımlardan 25 min AZN-ə yaxın pul toplansa da, həkimlərin gecikdirmələrinə görə yardım dayandırılıb. Sevər xanım həmin məbləğlə Türkiyədə müalicə olunmağa aparılsa da, diaqnoz eyni olub. Bu müddət ərzində yerdə 15 min AZN qalıb.

Hazırda S.Hüseynova "Semaşko" xəstəxanasında müalicəsini davam etdirməkdədir. Bu qadının həyatda sağ qalmasından ötrü yaxınları yenidən kampaniyaya başlamaq, beləcə 50 min manat pulu toplamaq fikrindədir.

Onu da əlavə edək ki, kampaniya bu gün "Milli Elmlər Elmlər Akademiyası"nın binasının qarşısındakı parkda keçiriləcək. Saat 15:00-da start götürəcək kampaniyada müxtəlif əşyalar satılacaq. Həmçinin könüllülərin imkanı nəyə çatacaqsa, Hüseynovlar ailəsinə kömək əlini uzada bilər. Bir insanın, bir ananın, bir qadının həyatda sağ qalması üçün kampaniyaya qoşulun.

Hazırladı: Könül Aypara